Dec 20

Paşinyan MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılacaq

“Rusiya tərəfi hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammiti üçün Sankt-Peterburqa gələcək”. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Düşünürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin MDB iştirakçılarının dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Orada, əslində, bütün maraq doğuran sualları qaldırmaq mümkündür”, - deyə o bildirib.

M.Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyinə gəlincə isə bildirib ki, bu mövqe ölkə prezidenti, xarici işlər naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə açıqlanıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.027374982833862