Dec 20

Çində təhsil almaq istəyənlərin nəzərinə - Müraciət müddəti UZADILIB

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Çində növbəti tədris ilində təhsil almaq istəyən şəxslər üçün müraciət müddəti 7 yanvar 2024-cü il tarixinə qədər uzadılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən Mozalan.az - a məlumat verilib.


Eyni zamanda Çin universitetlərindən ön qəbul sənədinin (“pre-admission notice, proof of admission from tutor”) alınmasında yaranan çətinliklər və bununla bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, namizədlər ilkin mərhələdə https://portal.edu.az/ platformasındakı ərizələrini bu sənəd olmadan digər tələb olunan sənədləri müvafiq bölmələr üzrə daxil edərək təqdim edə bilərlər.


Bildiririk ki, ön qəbul sənədini elektron ərizəyə daxil etmələri üçün namizədlərə 31 yanvar 2024-cü il tarixi, 18:00-dək əlavə vaxt verilməsi nəzərdə tutulur.


Diqqətinizə çatdırırıq ki, yekunda müsahibədən uğurla keçən namizədlərdən yalnız ön qəbul sənədini (“pre-admission notice, proof of admission from tutor”) elektron ərizəsinə əlavə etmiş şəxslərin namizədliyi Çin tərəfinə ötürüləcəkdir.

Bənzər xəbərlər

Gündəm

0.054166078567505