İranda Nobel Sülh Mükafatçısı məhkəməyə gəlməkdən imtina edib - FOTO
Güneyli hüquq müdafiəçisi, siyasi məhbus və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi barəsində açılan iş üzrə məhkəmə iclasında iştirak etməyə razı olmadığı bildirilib.
Mozalan.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.
Qeyd olunub ki, Nərgiz Məhəmmədi İnqilab Məhkəməsini ölkənin gənclərinin qəssabxanası adlandırıb, təhlükəsizlik qurumlarına, o cümlədən məhkəmələrə bağlı hakimlərin orada iştirak etmək səlahiyyətlərinə və etibarına inanmadığını söyləyib.