Dec 20

Peskov: Rusiya dost olmayan ölkələrin aktivlərini müsadirə etmir

Rusiya dost olmayan ölkələrdən olan şirkətlərin aktivlərini müsadirə etmir.

APA-nın Moskva müxbirinə istinadən Mozalan.az   xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dost olmayan ölkələrin şirkətləri Rusiya bazarından çıxanda ya satılır və ya ötürülür.

“Xeyr, Rusiya dost olmayan ölkələrdən olan investorların aktivlərinin müsadirə prosesinə başlamayıb, heç bir müsadirə yoxdur. Rusiya bazarını tərk edənlər ya aktivlərini satırlar, ya da ötürürlər. Hər şey danışıqlardan asılıdır. İndiyə kimi heç bir müsadirə olmayıb və yoxdur”, – deyə Kreml rəsmisi vurğulayıb.

Bənzər xəbərlər

Gündəm

0.03561806678772