Dec 20

"Ölkəmizdə informasiya təhlükəsizliyinin cari vəziyyəti daha da gücləndirilir"

"Azərbaycanın müstəqillik əldə etməsindən sonra yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib".

Mozalan.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev "Media savadlılığı" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyəti illərində mətbuatın fəaliyyətini daim diqqətdə saxlayıb.

"Məsələ bu gün də prioritetdir. Sosial şəbəkə istifadəçilərinin artması kiberhücumların da sayının artmasına şərait yaradır. Ölkəmizdə informasiya təhlükəsizliyinin cari vəziyyəti daha da gücləndirilir. Həyata keçirilən müxtəlif tədbirlər buna töhfə verir", - İ.Musayev qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.17743396759033