BMT TŞ-da Qəzza zolağındakı vəziyyətlə bağlı səsvermə bu gün keçiriləcək
BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında müharibə ilə bağlı daha əvvəl təxirə salınmış səsvermə bu gün keçiriləcək.
Mozalan.az xəbər verir ki, bu barədə CNN-ə adı açıqlanmayan iki diplomat məlumat verib.
Məlumata görə, qətnamənin orijinalına Qəzzaya daha çox humanitar yardımın daxil olmasına imkan yaradılması məqsədilə toqquşmaların dayandırılması çağırışı daxil edilib.
Diplomatlardan biri ABŞ-ın mətni hələ də gözdən keçirdiyini bildirib.