DTX barədə Fərmanda dəyişikliklər TƏSDİQLƏNDİ
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Mozalan.az xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişikliklər təsdiq edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.