Dec 18

Lənkəranda 3 yaşlı uşaq qızılcadan ölüb

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb.

Mozalan.az xəbər verir ki, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə də bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub.

İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müalicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Lakin ailə üzvləri buna razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Bənzər xəbərlər

Gündəm

0.036525964736938