Dec 18

Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı açıqlanıb

"Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur".

"Mozalan.az"in məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 1 400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb:

"26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".

Bənzər xəbərlər

Gündəm

0.056643962860107