Cəlilabad sakini nədən giley edir? - VİDEO
Bir müddət öncə Tərlan Ağayev adlı şəxsdən saytımıza şikayət məktubu daxil olmuşdur. Müraciətdə bildirilirdi ki, Cəlilabad rayonunda 1996-1998-ci illərdə aparılan islahatlar zamanı hamı kimi onların da ailə üzvlərinə dövlət aktı əsasında,beş nəfər ailə üzvləriylə birlikdə 68 sot pay torpaq verilmişdir. “2015 ci ildə Dövlət aktı əsasında dövlət rüsumu ödəyərək 8 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınıb. Çıxarış verilib. Baxmayaraq ki, Tərlan ailə üzvlerilə birlikdə on beş nəfərin yeganə dolanışıq yerleri bu torpaqdır. Şəxsi əkin sahəsindən istifadə etdiyi bir zamanda kimlər tərəfindənsə 28 sot torpağı zəpt edilir.
Ardı Tərlanın öz dilindən: “Ağayev Tərlan Abbasqulu oğlu. Cəlilabad rayon Muğan kənd sakini. Dövlət aktına əsasən 5 nəfərlik ailə üzvümüzə 1996-cı ilin islahat dövrü ərəfələrində 68 sot pay torpaqn sahəsi verilib. Həmin pay torpaq sahəsinin də 2015-ci ildə dövlət aktına əsasən rüsumunu ödəmişik dövlət reyster xidmətinin 8 saylı ərazi dairəsinə, çıxarış verilib, plan ölçüdən imtina olunub. imtinada reyster rəisi səbəb kimi göstərib ki, Cəlilabad rayonunda təkrar islahat getdiyi üçün sizin dövlət aktınız ləğv olunur. Şifahi olaraq bildirildi ki, `sənə plan və ölçünün verilməsi mümkün deyil. Soruşuram təkrar islahat nə vaxt keçirilib.Onda Yaşar Vəliyev idi oranın rəisi. Deyir keçirilib də 2003-2005-ci ildə. Yaxşı 2003-2005-ci ildə keçirilibsə islahat bəs 2015-ci ildə bu dövlət aktı necə olur qeydiyyata alır, çıxarış verir. (2015-ci il mayın 29-da çıxarış verilib halbuki).
Hazırda 68 sotun 28 sotunu bir şəxs istifadə edir qeyri qanuni üsullarla, 18 sotunu biri, 22 sotu hazırda bizdədir.”-deyə şikayətçi bildirirdi.
Şikayətçi ilə görüşərək problemlərini araşdırmaq istədik.
Ətraflı Videodan izləyə bilərsiz. \\XəbərAl.az\\