Stoltenberq ABŞ və Aİ-nin Ukraynaya hərbi yardımı davam etdirəcəyinə əmindir
NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ və Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardımı davam etdirəcəyinə əminliyini ifadə edib.
Mozalan.az xəbər verir ki, Stoltenberq bununla bağlı Brüsseldə Slovakiyanın Baş naziri Robert Fiko ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresində müzakirələrdən sonra müsbət nəticə əldə olunacaq və Ukraynaya hərbi yardım davam etdiriləcək.