Dec 14

Marukyan: “Mirzoyan və Bayramovun ABŞ-də görüşü 2024-cü ilin yanvarına planlaşdırılıb”

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək”.

Bu barədə Ermənistanın İctimai Televiziyasının efirində ölkənin xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib.

“Hazırda imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində Azərbaycanın da razılaşdığı görüşdə biz bu mətni razılaşdıracağıq”, - deyə o, qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.113529920578