Dec 13

OECD ölkələrində kommersiya neft ehtiyatları daha da azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 12,8 mln. barel azalıb.

"Mozalan.az"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2 818 mln. barel təşkil edib, bu da öncəki göstəricidən (illik müqayisə - red.) 45 mln. barel çox, lakin son beşillik ortalama göstəricidən 66 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 128 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

Bənzər xəbərlər

Gündəm

0.035413980484009