Hüseynin anası: "Səkkiz ayın acılarını unutdurmaq istəyirik"
Bu gecə saat 12-dən 4-ə kimi Aqşinin anası ilə uşaqlarımızı necə qarşılayacağımızdan danışmışıq.
Mozalan.az xəbər verir ki, bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundovun anası Şəhla Axundova billdirib.
“Onlar üçün nələr aldığımızdan danışırdıq. Prezidentimizə bir ana kimi minnətdaram. O, bizə uşaqlarımızı qaytardı. Dostları, qohumları, demək olar ki, hamısı indidən qarşılamaq üçün hazırlıq görürlər. Səkkiz ayın acılarını unutdurmaq istəyirik. Çünki mənim balam çox əziyyət çəkib”, - o bildirib.
Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.
7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.