MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.
Mozalan.az bildirir ki, APA-nın Moskva müxbiri xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyada isə prezident seçkiləri martın 17-nə təyin olunub. Şimal qonşumuzun seçiciləri martın 15-dən başlayaraq üç gün ərzində səs verə biləcəklər.
Fərid Əkbərov