2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən insanların sayı rekord həddə çatacaq
2024-cü ildə Qərbi və Mərkəzi Afrikada ac insanların sayı rekord həddə - 49,5 milyona çatacaq.
Bu barədə BMT-nin rəsmiləri məlumat yayıb.
Ac insanların sayının 2023-cü ilə nisbətən üç faiz çox olacağı proqnozlaşdırılır. Şiddətli aclıqla üzləşən insanların sayı bu il 16 faiz artaraq 6,2 milyona yüksələ bilər. Vəziyyətin pisləşməsi iqlim dəyişikliyi, yüksək ərzaq qiymətləri və regionda münaqişələrin baş verməsi ilə bağlı olub.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) qeyd edib ki, problemin həlli üçün tələb olunan maliyyə onun artımı ilə ayaqlaşmır. Hazırda Qərbi və Mərkəzi Afrikada ev təsərrüfatlarının üçdə ikisindən çoxu sağlam qida istehlak edə bilmir. Mərkəzi Saheldə bir günlük qida rasionunun dəyəri bölgədəki gündəlik minimum əmək haqqından 110 faiz yüksəkdir.
Xatırladaq ki, sentyabrda qeyd olunmuşdu ki, dünyada ac insanların sayı 2005-ci ildən bəri rekord həddə çatıb. BMT-nin baş katibi Antoniu Quterreşin sözlərinə görə, hazırda 1,2 milyard insan həddindən artıq yoxsulluq içində yaşamağa məcburdur.
Mənbə: lenta.ru