Dec 12

AZAL kollektivi Heydər Əliyevin xatirəsini yad edib - FOTO

AZAL-ın kollektivi dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günündə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Mozalan.az bildirir ki, AZAL rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Müstəqil Azərbaycanın memarı, dövlət və siyasi xadim Heydər Əliyevin vəfatından 20 il ötür. Dahi şəxsiyyətin Anım Günü Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda hər il dekabrın 12-də qeyd olunur.

 
AZAL kollektivi Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Bənzər xəbərlər

Gündəm

0.53375601768494