Dec 20

Bayram Səfərov vəzifəsindən getdi - YENİLƏNİB

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.

İcmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti təsdiq edilib.

Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri seçilib. Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Qeyd edək ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov idi.

***11:37

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında quruma yeni sədr seçilib.

Unikal.org Modern.az-a istinadən yeni sədrin qısa dosyesini təqdim edir:

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini  Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

Bənzər xəbərlər

Gündəm

0.026980876922607