Dec 12

Polşanın yeni Baş naziri Qərbi Ukrayna dəstəyi artırmağa təhrik edəcəyini deyib

Yenidən Polşa Baş naziri seçilmiş Donald Tusk inaqurasiya nitqində Qərbi Ukrayna dəstəyi artırmağa təhrik edəcəyini deyib.

Mozalan.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Tusk bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu deyən siyasətçilərə qulaq asmayacağını vurğulayıb.

“Biz Qərbin Ukraynaya yardım üçün tam səfərbərliyini tələb edəcəyik. Mən bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu bildirən siyasətçilərə qulaq asmayacağam. Ukraynaya hücum bizim hamımıza hücumdur. Biz Ukrayna ilə bağlı vahid mövqedən çıxış etməliyik. Bu bizi birləşdirməlidir…

Biz müharibənin nə üçün olduğunu xatırlamalıyıq. Ukraynalılar son dərəcə vacib bir məsələ uğrunda mübarizə aparırlar, onların mübarizəsi Maydanda başladı, onlar Qərb ictimaiyyətinə qoşulmaq uğrunda döyüşürlər”, - Baş nazir deyib.

Tusk Polşanın Ukraynaya dəstəyinin vacib olduğunu, bununla belə fermerlərin qorunması kim öz milli maraqları ilə bağlı məsələlərdə mühafizəkar mövqe sərgiləməli olduğunu əlavə edib.

Bənzər xəbərlər

Gündəm

2.0704970359802