Los Ancelesdə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
ABŞ-nin Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş mərasim keçirilib.
Konsulluqdan Mozalan.az - a verilən xəbərə görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Kaliforniyanın ən qədim məscidlərindən biri olan İnqlvud İslam Mərkəzində keçirilən mərasimdə Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dövlət müstəqilliyinin inkişaf etdiyi, dini sabitliyin möhkəmləndiyi, müsəlman dünyası ilə əlaqələrə töhvə verildiyi qeyd edilib. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda insanların bütün dinlərə sərbəst etiqad etmələri üçün yaradılmış şərait və dinlərarası dialoqa töhvəsi barədə danışılıb.
Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən R. Qurbanov, bu gün Azərbaycanın ən sürətlə çağdaşlaşan dövlətlərdən olduğunu və qüdrətli Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü tam təmin etdiyini və tarixi ədaləti bərpa etdiyini, işğal zamanı dağıdılmış dini və mədəni abidələrin bərpa edildiyini qeyd edib. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olan və işğaldan azad edilmiş Şuşanın ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verilib.
Tədbirdə İnqlvud İslam Cəmiyyətinin prezidenti Cavid Bava da çıxış edərək Azərbaycana səfəri zamanı müşahidə etdiyi dinlərarası tolerantlıq mühiti barəsində müsbət təəssüratlarını bölüşüb.
Məsciddə Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra cümə namazı qılınıb. Mərasimdən sonra ehsan süfrəsi açılıb.