Dec 11

Türkiyə kəşfiyyatı PKK-nın silah-sursat üzrə məsul qadın üzvünü zərərsizləşdirdi - FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK-nın silah-sursat üzrə məsul üzvü, “Ruken Zilan” kod adlı terrorçu Zeynep Sevimi zərərsizləşdirib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Duhok çölündə zərərsizləşdirilən terrorçunun təhlükəsizlik qüvvələrinə qarşı terror aktı hazırlamaqda olan təşkilat üzvlərini sursatla təmin etmək üçün planlar qurduğu məlum olub.

2014-cü ildə terror təşkilatı sıralarına qatılan Zeynep Sevim 2016-cı ildə İraqın şimalında Metinada, 2017-ci ildə Qarada, 2019-cu ildə Avaşində təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarında təşkilat üzvlərini logistika ilə təmin edib, “Kilit-Pence” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı aktlar zamanı sursatla təminat üzrə məsul şəxs kimi fəaliyyət göstərib.

Həmçinin məlum olub ki, Zeynep Sevimin bacısı “Zilan Ruken” kod adlı Fatma Sevim də 2012-ci ildə Tuncelinin Ovacık rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.02835488319397