Dec 11

İnstitut qızılca ilə bağlı valideynlərə çağırış edib

"Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlərin məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur".

Mozalan.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova bildirib.

Onun sözlərinə görə, sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə o, 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir:

"Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur".

Bənzər xəbərlər

Gündəm

0.027504920959473