Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur
Məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır.
Mozalan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı UNİCEF-lə əməkdaşlıq edirlir:
"Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq".
Nazir deyib ki, hazırda məktəbəqədər təhsildə 36-37 faizlik əhatəliliyin təxminən yarısı alternativ məktəbəqədər təhsil modelləri ilə təmin olunur.
O bildirib ki, məktəbəqədər təhsilin bir ili olduqca önəmlidir və bu, uşaqların riyazi və oxu bacarıqlarında özünü göstərir:
"İki il olarsa, daha yaxşı olar. Minimum bir il olması arzuediləndir. Bizim nəslin məktəbəqədər təhsildə iştirakı 16 faiz idi. İndiki 37 faizlik əhatəliliyin nəticələrini isə biz 2030-2040-cı illərdə görəcəyik. İndiki uşaqlar həmin illərdə əmək bazarına daxil olacaqlar".