Dec 10

Şuşada TÜRKSOY Media Mükafatının təqdimatı olub - FOTO

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində TÜRKSOY Media Mükafatı təqdim olunub.

“Report” xəbər verir ki, 2023-cü il üzrə TÜRKSOY Media Mükafatı Azərbaycandan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova və “Ədəbiyyat və incəsənət” xəbər portalının baş redaktoru Varis Yolçuyevə təqdim olunub.

“AIQYN” qəzetinin baş redaktoru Amangəldi Kurmet, “Xabar 24” televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, “AKİPress” İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, “Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift, “Esrarengiz Azərbaycan” proqramın müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə) və başqaları təşkilatın mükafatına layiq görülüblər.

Bənzər xəbərlər

Gündəm

0.017553091049194