Dec 08

Le Pen saxtakarlıqla bağlı məhkəmə qarşısına çıxacaq

Fransa Milli Mitinq Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen və daha 26 nəfər Avropa Parlamentində (AP) köməkçilərin işə götürülməsi ilə bağlı saxtakarlıqla əlaqədar dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə yerli radiostansiya mənbəyə istinadən məlumat yayıb.

Verilən məlumata görə, proses 30 sentyabr 2024-cü ildə başlayacaq və 27 noyabr 2024-cü ildə başa çatacaq. Marin Le Penin 95 yaşlı atası Jan-Mari Le Pen də həmçinin müttəhimlər kürsüsündə yer alacaq.

İttiham tərəfinin fikrincə, Avropa Parlamentində köməkçilərin qondarma işə götürülməsi yolu ilə Avropa fondlarını mənimsəmək üçün maliyyə sxemi yaradılıb. Fransanın Perpinyan şəhərinin meri Lui Alio da şübhəlilər arasındadır.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.029003858566284