Dec 08

Ziyafət Əsgərov: “Növbədənkənar prezident seçkisi Azərbaycanın ərazi bütövlüyünün təsbiti deməkdir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova görə, növbədənkənar prezident seçkisi Azərbaycanın ərazi bütövlüyünün təsbiti deməkdir.

“Report” xəbər verir ki, bu barədə Ziyafət Əsgərov parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, Konstitusiyanın 1-ci və 2-ci maddələrində göstərilib ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır.

“İş burasındadır ki, indiyə qədər prezident seçkisi zamanı Qarabağ və bitişik rayonlar işğalda olub. 1995-ci ildə ilk Konstitusiyamız qəbul ediləndə də belə idi. Düzdür, de-yure o ərazilər bizim idi. Amma indi ərazi bütövlüyümüz bərpa olunub. Konstitusiya xalq tərəfindən qəbul olunduğuna görə Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır. Burada nə isə şübhəli başqa məqam axtarmaq düşmənçilikdir”, - Z.Əsgərov qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.031644821166992