Rusiya Federasiyasından Yuxarı Lars vasitəsilə Gürcüstana gedən yol müvəqqəti bağlanıb
Rusiyadan Gürcüstana Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən keçən yol bütün növ nəqliyyat vasitələri üçün bağlıdır.
Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
“Gürcüstan Sərhəd Departamentinin tələbi ilə “Dəryal” keçid məntəqəsində informasiya sistemindəki nasazlıq səbəbindən 7 dekabr 2023-cü il saat 22:20-dən xüsusi sərəncam verilənədək “Vladiqafqaz şəhəri - Lars” hissəsində bütün növ avtonəqliyyat vasitələrinin Rusiya Federasiyasından çıxış istiqamətində hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.
Mənbə: Sputnik Armenia