İran Prezidenti Rusiyada səfərdədir.
İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada səfərdədir.
Mozalan.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali “X” platformasında yazıb.
Qeyd edək ki, İran və Rusiya liderləri arasında keçiriləcək görüşdə ölkələrarası münasibətlər və həmçinin İsrail-HAMAS münaqişəsi müzakirə olunacaq.
İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfərə yola düşüb.
Mozalan.az xəbər verir ki, Rəisi yola düşməzdən əvvəl mediaya açıqlama verib.
“Səfərin məqsədi bir sıra mövzuları, o cümlədən ikitərəfli münasibətləri, Qəzzada davam edən böhran kimi regional problemləri və beynəlxalq məsələləri müzakirə etməkdir” - İran Prezidenti deyib.