Dec 07

Nazir: Ermənistanda Rusiya kanallarının bağlanması məsələsi müzakirə olunmur

Ermənistanda Rusiya kanallarının bağlanması məsələsi müzakirə olunmur.

Mozalan.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, bu ayın ortalarında Ermənistan və Rusiya nümayəndələri kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması ilə bağlı məsləhətləşmələr aparacaqlar və hər şey məsləhətləşmələrin gedişindən asılıdır.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan sözlərinə əsasən, ölkənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyi rəsmi məktub göndərərək Rusiya tərəfini məsləhətləşmələrə dəvət edib. Buna səbəb kimi kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması göstərilib.

Bənzər xəbərlər

Gündəm

0.03846001625061