Dec 17

Rəsulzadə qəsəbəsini  kabab qoxusu ilə nəfəs almağa vadar edən restoran-VİDEO

Qanunla atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur

Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti bu ilin avqustunda başa çatıb.

Ancaq bir çox restoranlarda eyni vəziyyət müşahidə edilir.

Mozalan.aza-a vətəndaşlar tərəfindən göndərilən videoda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki “Röyal” şadlıq sarayının ətrafı necə tüstüyə boğması nəzərə çarpır.

Ətrafdakı sakinlər hər gecə kabab qoxusu ilə nəfəs alırlar.

Hər toydan yaxşı pul qazanan restoran sahiblərini deyəsən nə ETSN qorxutmur, nə də qanunun tələbləri.

 

Bənzər xəbərlər

Gündəm

1.7708821296692