Dec 07

Füzuliyə növbəti köç karvanı yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Mozalan.az xəbər verir ki, dekabr ayının 7-də Bakı şəhərindən 14 ailə (45 nəfər), Füzuli rayonundan üç ailə (10 nəfər), İmişli rayonundan iki ailə (altı nəfər), Lənkəran rayonundan iki ailə (beş nəfər), Salyan rayonundan bir ailə (beş nəfər), Sumqayıt şəhərindən bir ailə (dörd nəfər), Beyləqan rayonundan bir ailə (iki nəfər) olmaqla ümumilikdə 24 ailə (77 nəfər) Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən doğma yurda yola salınıb.

Qeyd edək ki, Füzuli, İmişli, Lənkəran və Beyləqan rayonlarında məskunlaşmış daha doqquz ailə (28 nəfər) isə yaşadıqları yerdən yola salınacaq və rayonun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Bununla da bu gün köçürülənlər də daxil olmaqla ümumilikdə Füzuli şəhərinə 332 ailə (1 183 nəfər) köçürülüb və məskunlaşması təmin edilib.

Aytac Qasımova

Bənzər xəbərlər

Gündəm

0.042850971221924