Rusiya XİN Lavrovun hansı telefondan istifadə etdiyi barədə: “Çoxdan “iPhone”dan imtina edib”
“Rusiya xarici işlər naziri Sergey Lavrov çoxdandır ki, “Apple” şirkətinin smartfonu olan “iPhone”dan istifadə etmir. İndi onun başqa istehsalçıdan olan telefonu var”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Sergey Viktoroviç çoxdan “iPhone”u başqasına dəyişib”, - deyə qurum nəzərə çatdırıb.
Qeyd edək ki, avqust ayında Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi öz əməkdaşlarına Amerikanın “Apple” şirkətinin avadanlıqlarından xidməti məqsədlər üçün istifadəni . Rusiya Sənaye və Ticarət Nazirliyinin və onun tabeliyində olan strukturların əməkdaşlarına da “Apple” smartfonlarından istifadə qadağan edilib. Bu qadağa, həmçinin gömrük orqanları və Rusiya Nəqliyyat Nazirliyi işçilərinə də aiddir.
Hazırda “Rostex” dövlət korporasiyasının bütün təşkilatlarının əməkdaşları üçün “Apple” avadanlıqlarının xidməti məqsədlər üçün istifadəsinə qadağa tətbiq edilib.
Mənbə: VM.ru