Azərbaycan banklarının türkdilli dövlətlərdəki banklarda 44 müxbir hesabı var
Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində FİNTEX SAMMİT İSTANBUL 2023 tədbiri keçirilib.
Bu barədə ”Mozalan.az” a ABA-dan bildirilib.
Tədbirdə çıxış edən ABA sədri Zakir Nuriyev Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, hazırda bura üzv və müşahidəçi dövlətlərin sayı 7-dir:
"Bu ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasıdır”.
Azərbaycan banklarının türkdilli ölkələr ilə müxbir münasibətlərindən danışan Zakir Nuriyev qeyd edib ki, güclü ticarət əlaqələri sıx maliyyə münasibətlərinə səbəb olmaqdadır:
“Bunun bir təzahürü də özünü müxbir münasibətlərdə göstərməkdədir. Cari ilin avqust ayına olan məlumata görə, Azərbaycan banklarının digər 6 ölkədəki banklarda 44-ə qədər müxbir hesabı mövcuddur”.