Dec 06

İtaliya səfiri Azərbaycanla hərbi sahədə əməkdaşlıqdan danışıb

“Azərbaycanla müdafiə sənayesində əməkdaşlıq zamanı geosiyasi vəziyyət nəzərə alınır”.

Bunu İtaliya səfiri Klaudio Taffuri APA-nın sualına cavab olaraq bildirib.

Səfirin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir.

“İlk növbədə qeyd edim ki, İtaliya və Azərbaycan arasında əlaqələr müxtəlif sahələri əhatə edir. Fərqli sahələrdə əməkdaşlığımıza nümunə olaraq enerji sektorunda görülən işləri göstərə bilərik.

Bundan əlavə, texnologiyalarımızın Azərbaycana gətirilməsi barədə danışmaq olar. Təbii ki, burada turbinlərin gətirilməsini qeyd etmək lazımdır. Müdafiə sənayesi sahəsində də müəyyən əməkdaşlıq mövcuddur.

Bu əməkdaşlıq zamanı biz geosiyasi vəziyyəti nəzərə alırıq”, - deyə diplomat vurğulayıb.

Bənzər xəbərlər

Gündəm

0.028199911117554