Dec 06

Virusoloq AÇIQLADI: “Virusun “uzun COVID” adlı versiyası var”

“Koronavirusa yoluxanların 20%-də xəstəliyin uzunmüddətli forması var ki, bu da “uzun COVID” adlanır”.

Bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin baş elmi işçisi, virusoloq Anatoli Altşteyn deyib.

Onun sözlərinə görə, xəstələrin 20-30 faizində xəstəlik dərhal keçmir, kifayət qədər uzun müddət davam edir.

“Simptomlara yorğunluq, öskürək, müxtəlif nevroloji pozğunluqlar aiddir”, - deyə Altşteyn qeyd edib.

Mütəxəssis vurğulayıb ki, xəstələrin yalnız 2 faizində uzun müddət davam edən “COVID”in ağır halları olub. O qeyd edib ki, adi tənəffüs xəstəliklərindən sonra da oxşar hal müşahidə olunur.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.018464088439941