Dec 05

Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi

Braziliyanın Riu-Qrandi-du-Sul əyalətinin paytaxtı Portu-Aleqri Şəhər Şurası mətni tamamilə ChatGPT süni intellektindən istifadə edilməklə yazılmış qanun qəbul edib.

Qeyd olunur ki, sənəd şəhər şurasının iştirakçısı Ramiru Rosariunun sorğusuna əsasən neyroşəbəkə tərəfindən yaradılıb. Qanun layihəsi bələdiyyələrə su sayğaclarının oğurlanması halında vergi ödəyicilərindən onları dəyişdirmək üçün ödəniş etməməyə imkan verəcək. Sənəd artıq şura tərəfindən təsdiqlənib və şəhərin meri Sebaştiau Melu tərəfindən imzalanıb.

Şəhər Şurasının üzvləri, mer və şəhər sakinləri qanun layihəsinin neyroşəbəkə tərəfindən işlənib hazırlandığını yalnız qanun qəbul edildikdən sonra öyrəniblər.

“Bizim strategiyamız bunu süni intellektin etdiyini bildirməməkdən ibarət idi, biz sadə eksperiment aparmaq istəyirdik”, - deyə Rosario bildirib.

O əlavə edib ki, yaxın bir neçə ildə cəmiyyəti süni intellekt sayəsində müxtəlif sahələrdə inqilabların baş verməsi gözləyir və siyasət də bu dəyişikliklərdən kənarda qala bilməz.

Qeyd edək ki, ABŞ şirkəti OpenAI 2022-ci ildə istifadəçilərlə dialoq rejimində əlaqədə olan ChatGPT xidmətini təqdim edib. Çat-bot aydınlaşdırıcı suallara cavab verə, səhvlərini etiraf edə, yanlış fərziyyələrə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.027544021606445