"Ağ Ev-in Qəzza barədə bəyanatları İsrailin fələstinlilərə qarşı törətdiyi soyqırımı pərdələyir"
ABŞ rəsmilərinin Qəzza zolağında əhali üçün təhlükəsiz zonaların yaradılmasını dəstəkləyən bəyanatları İsrail hakimiyyətinin fələstinlilərə qarşı təcavüzkar hərəkətlərinə bəraət qazandırır və ört-basdır edir.
Mozalan.az TASS-a istinadən bildirir ki, bu bəyanatla Fələstinin “İslami Cihad” qruplaşması çıxış edib.
“Ağ Ev nümayəndələrinin Qəzza zolağında təhlükəsiz zonalar barədə bəyanatları yalandır və işğalçı İsrail ordusunun fələstinlilərə qarşı törətdiyi soyqırımı pərdələyir”, - deyə radikallar qrupun Teleqram səhifəsində yerləşdirilmiş mesajda bildirilir.
İslami Cihad həmçinin hesab edir ki, İsrail tərəfinə sektora humanitar yardım axınına nəzarət etmək səlahiyyətinin verilməsi Fələstin xalqına qarşı təcavüzdə tərəfdaşlığı və onları İsrail hakimiyyətlərinə tabe etmək cəhdini təmsil edir.
İslam Cihada görə, İsrailin İordan çayının qərb sahilində başlatdığı təcavüz fələstinliləri öz torpaqlarından qovmaq planının bir hissəsidir. Bu baxımdan qrup, İordan çayının qərb sahilində və Qəzzada törədilən cinayətlərin yalnız Fələstin xalqının öz torpaqlarından yapışmaq və onu müdafiə etmək əzmini gücləndirəcəyini bildirir.