Bankların dollar tələbi bu il ilk dəfə 100 mln. dollara yaxınlaşıb
Dekabrın 5-də Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
"Mozalan.az" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 95,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bankların valyuta hərracında tələbi 2023-cü ildə ilk dəfə 100 milyon dollara yaxınlaşıb. Bankların dollar tələbi noyabr ayının sonundan etibarən artmağa başlayıb. Noyabr ayının 28-də keçirilən hərracda bankların tələbi 68,2 milyon dollara, noyabrın 30-da isə 77,8 milyon dollara yüksəlib.