Dec 05

Kanada: “İranın onlarla yüksəkvəzifəli rəsmisinin ölkəyə girişinin qarşısını aldıq” - FOTO

İran hökumətinin onlarla yüksəkvəzifəli rəsmisinin Kanadaya girişinin qarşısı alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Kanadanın Sərhəd Xidmətləri Agentliyi ölkədə yaşayan və İran hökuməti ilə əlaqəsi ola biləcək 141 şəxsin də işinə baxıldığını nəzərə çatdırıb.

Məlumata görə, 10 nəfərin İranla əlaqələri səbəbindən Kanadada qalmaq üçün lazımi tələblərə cavab vermədiyi müəyyən edilib.

Qeyd edək ki, 141 nəfərdən 38-nin Kanadadan deportasiya edilməsi və ya Tehranla əməkdaşlıq etmələrinə dair şübhələrin aradan qaldırılması səbəbindən istintaq başladılıb.

Bənzər xəbərlər

Gündəm

0.028702974319458