Kreml ABŞ hərbi gəmisinin Çinin ərazisinə daxil olmasına münasibət bildirib
"Kreml hər hansı təxribatçı hərəkəti alqışlamır".
Mozalan.az xəbər verir ki, APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinin Çinin suverenliyini pozmasını şərh edərkən bildirib.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Tian Junli bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin sahil zonası gəmisi Gabrielle Giffords mübahisəli Nanşa (Spratli) adaları yaxınlığında sularda peyda olaraq Çinin suverenliyini pozub. Pekin rəsmisi Vaşinqtonun öz hərəkətləri ilə regionda sabitliyi və beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu söyləyib.