Dec 04

İndoneziyada vulkan üç kilometr hündürlüyə kül püskürdü - VİDEO

İndoneziyanın ən aktiv vulkanı olan Merapi üç kilometr hündürlüyə kül püskürüb.

Bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavan bildirib.

Baş verən püskürmədən sonra dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.

“Şərqə istiqamətlənmiş qalın intensivliyə malik boz kül sütunu müşahidə edilib. Vulkan püskürməsi hələ də davam edir”, - məlumatda deyilir.

Qeyd olunur ki, əraziyə girişin məhdudlaşdırılması barədə də qərar qəbul edilib və kraterin ətrafındakı ərazidə qadağa zonası tətbiq edilib.

Mənbə: hindustantimes.com

Bənzər xəbərlər

Gündəm

0.02844500541687