Dec 03

Filippin sahillərində güclü zəlzələ baş verib

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 67,5 min insanın yaşadığı Bisliq şəhərindən (Mindanao adası) 78 kilometr şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 38 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.02883505821228