Dec 03

Avropa İttifaqı: “İranda edamların intensivliyi dəhşətlidir” - FOTO

Avropa Birliyi İranda edamların intensivliyini dəhşətli adlandırıb və onların dayandırılmasını tələb edib.

Bununla bağlı Avropa Birliyinin yaydığı bəyanatda bildirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Sözügedən bəyanatda 17 yaşlı yeniyetmə Həmidrza Azəri və ötən il kütləvi etirazlar zamanı həbs edilən Milad Zöhrəvəndin edam edilməsi də qeyd edilib.

“İranda hazırda sürətlənən edam prosesi nəticəsində təkcə bu il ərzində 600-dən çox edamın qeydə alınması qorxulu haldır”, - deyə qeyd edilib.

 

Bənzər xəbərlər

Gündəm

0.028671979904175