Dec 02

Baş Prokurorluq: "Narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir"

"Narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir".

Mozalan.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi, "Liatris Holding"in tərşkilatçılığı ilə dekabrın 2-də keçirilmiş "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2022-2023- cü ilin statistikasına nəzər salanda azalma müşahidə edilsə də, yenə də zorakılıq və narkomaniya qalır:

“Narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, cəmiyyətin problemidir. Bu problemlərlə mübarizə aparmaq üçün mübarizə proqramları təşkil etmək və birgə fəaliyyət göstərmək lazımdır. Mübarizə üçün mental sağlamlığı gücləndirmək lazımdır. Bu mübarizədə bütün təşkilatların və fərdlərin birgə çalışması vacibdir. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün çalışmalıyıq. Bu fəaliyyətdə vətəndaş dövlət həmrəyliyini qorumaq lazımdır”.

Kənan Zeynalovun sözlərinə görə, Baş Prokurorluq bu mübarizədə əhəmiyyətli rola malikdir: “Hər bir həssas şəxsdən xahiş edilir ki, belə bir halla qarşılaşdıqları halda dövlət qurumlarıma çatdırılsın. Hər bir şəxsin sosial şəbəkə hesabı var və hər bir qurumun da sosial şəbəkə səhifəsi var. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyəti qurumlara çatdıra bilərlər”.

 

Bənzər xəbərlər

Gündəm

0.026026010513306