İtaliya iqlim dəyişikliyi ilə bağlı yaradılmış fonda 100 mln. avro verəcək
İtaliya yoxsul ölkələrə iqlim dəyişikliyi səbəbilə itki və zərərin öhdəsindən gəlmək üçün yeni yaradılan fonda (BƏƏ-nin təşəbbüsü ilə yaradılmış fond - red.) 100 milyon avro (108,91 milyon dollar) verəcək.
Mozalan.az xəbər verir ki, bu barədə İtaliya Baş naziri Giorgia Meloni Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində keçirilən müzakirədə deyib.
İtaliya Baş naziri qeyd edib ki, dünya ərzaq təhlükəsizliyi onun xarici siyasət prioritetləri arasındadır və Roma Afrikaya səmərəli qida istehsalı sistemini inkişaf etdirməyə kömək etmək istəyir.