İZİA sədri: Alternativ enerji istehsalçıları ilə danışıqlar aparılır
Hazırda alternativ enerji istehsalçıları ilə, günəş və külək panellərinin gələcəkdə operatorluğunu təmin edəcək şirkətlərlə danışıqlar aparılır ki, sənaye parkları olaraq biz həmin elektrik enerjisini alaraq rezidentlərimizə satışını həyata keçirə bilək.
Mozalan.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev ölkəmizdə ilk dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində “0-a doğru” panel çıxışı zamanı deyib.
O qeyd edib ki, alternativ enerji baxımından Araz vadisini xüsusi qiymətləndirmək olar: “Biz də həmin əraziyə yaxın yerlərdə qurula biləcək günəş panellərindən istehsal olunacaq enerjinin alıcısı olmaq iddiasındayıq”.