Avropa aviaşirkətinə məxsus təyyarənin göyərtəsində ər və arvad dava edərək uçuşu pozub
Avropanın “Lufthansa” aviaşirkətinin təyyarəsində ər-arvad dava edib və uçuşu pozublar.
Məlumata görə, Münxendən (Almaniya) Banqkok (Tailand) istiqamətində uçan təyyarənin göyərtəsində fövqəladə vəziyyət yaranıb. Təyyarə sərnişinlərin “pozucu davranışı” səbəbindən Nyu Delhidə (Hindistan) təcili eniş etməli olub. Yerə endikdən sonra ər və arvad İndira Qandi Hava Limanının mühafizəsinə təhvil veriliblər.
Qeyd edək ki, ər-arvad arasında mübahisənin səbəbi açıqlanmayıb.
Mənbə: Lenta.ru