Bakıda sənaye istehsalı 27% azalıb
Cari ilin yanvar-oktyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 47 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 27% azdır.
Mozalan.az xəbər verir ki, Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 79,4 faizi mədənçıxarma, 17,9 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.










































