Dünya Bankının meneceri: Özəl sektorun gücündən kənd təsərrüfatında istifadə etmək olar
Özəl sektorun investisiyasından xüsusi ilə kənd təsərrüfatında, iqlim dəyişikliyi ilə mübarizədə, ağıllı kənd təsərrüfatı layihələrinin həyata keçirilməsində istifadə etmək olar.
Mozalan.az xəbərinə görə, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes deyib.
O bildirib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası karbon emissiyalarının azaldılması istiqamətində Azərbaycana dəstək verir.
“Azərbaycan istixana emissiyalarının azaldılması istiqamətində son illər mühüm addımlar atıb”, - deyə o vurğulayıb.