Nov 29

TV əməkdaşı: “Bundan sonrakı fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”

 

“Fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”.

Bunu Mozalan.az-a açıqlamasında “Real” televiziyasının əməkdaşı, Laçın rayon sakini Nərmin Yusifli deyib.

O bildirib ki, bu gün çox sevinclidir:

“Bu gün çox sevincliyəm. İllərdir ailəmin Laçın haqqında mənə danışdıqlarını öz gözlərimlə görəcəyəm. Bəzən məndə elə təəssürat yaranır ki, sanki mən də illərlə Laçında yaşamışam.

Bundan qabaq da Laçında olmuşam. Orada Laçın sakinləri üçün hər cür şərait yaradılıb. Buna görə Ali Baş Komandanımıza, Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

Mən də bu gün ailəmlə köç edənlər siyahısındayam. Bundan sonrakı fəaliyyətimi Laçında davam etdirmək istəyirəm.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçına yola salınıb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Bənzər xəbərlər

Gündəm

0.036739110946655